12 
Iyn
2024
14:20
386

13 yaşlı qızın intim videosunu ailəsinə göndərən şəxs saxlanıldı

13 yaşlı qızın şəxsi həyat gizliliyini pozan 19 yaşlı gənc saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, o, 13 yaşlı qızla “FACEBOOK” sosial şəbəkəsi vasitəsilə qondarma adla tanış olub və tanışlıqdan az sonra onların arasında yazışmalar intensivləşib.

Saxlanılan şəxs zərərçəkmişi qarşısında soyunmağa məcbur edib, daha sonra azyaşlının intim məzmunlu videosunu qızın 17 yaşlı bacısı və ögey atasına göndərib, həmçinin zərərçəkmiş bacısından onun qarşısında soyunmasını tələb edib.

“Onlar hər gün Facebook/Messenger videozəngləri vasitəsilə bir-biriləri ilə danışıblar, bu zaman təqsirləndirilən şəxs hədə-qorxu və şantaj yolu ilə qurbanı onun gözü qarşısında soyunmağa məcbur edib və ya ailə üzvlərinə zərər verməklə hədələyib.
2024-cü ilin may ayında müttəhim azyaşlı qurbanın 17 yaşlı bacısı və ögey atasına 13 yaşlı qızın intim video fayllarını göndərib. Həmçinin o, zərərçəkmişin bacısından onun qarşısında soyunmasını tələb edib, əks halda zərərçəkmişin intim video çəkilişlərini ictimaiyyətə açıqlayacağı ilə hədələyib. Təqsirləndirilən şəxslər rədd cavabını aldıqdan sonra “FACEBOOK” sosial şəbəkəsində zərərçəkmiş azyaşlı ilə videozənglər vasitəsilə əlaqə saxlayarkən çəkilmiş intim məzmunlu videoyazıları dərc edib”, - deyə agentliyin məlumatında bildirilir.
Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə həbs edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər