Ölkədə iyun ayının 16-dək hava proqnozu açıqlandı
İyunun 16-dək yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iyunun 13-də Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, iyunun 14-15-də isə havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
“Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti): 13-14 iyunda isti və yağmursuz hava gözlənilir. İyunun 15-də günün sonunda şimşək çaxacağı qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyunun 13-14-də isti və yağmursuz hava şəraiti gözlənilir. İyunun 15-də günün sonunda şimşək çaxacağı qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +34, +36 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +32, +34 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin temperaturu gün ərzində +29, +31 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +25-27 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.


