Gürcüstanda uşaq bağçalarında bu qaydalar tədbiq olunacaq - Açıqlama
"Ombudsman ilə birlikdə son iclas keçiriləcək və özəl sektorun nümayəndələri, habelə maraqlı tərəflər uşaq bağçaları məsələsi ilə əlaqədar yekun protokol barədə razılığa gələcəklər".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi İdarəsinin müdiri Beka Peradze qeyd edib.
"Bildiyiniz kimi, uşaq bağçalarının fəaliyyəti oktyabrın 1-dən yenilənəcək . Bu gün Biznes Ombudsman ilə özəl sektorun nümayəndələri, habelə maraqlı tərəflərlə son görüşümüz olacaq və yekun protokol üzərində razılıq əldə edəcəyik . Son tövsiyələr təsdiqlənəcək",- dedi Beka Peradze.
O, son qaydalar təsdiqlənmədən əvvəl, uşaq bağçalarında tətbiq edilməsi planlaşdırılan məhdudiyyətlər və tövsiyələr barədə danışdı. Peradzenin sözlərinə görə, valideynlərin uşaq bağçası binasına girməsi qadağandır.
"Uşaq bağçası administrasiyasının işçisi uşağı valideyndən götürməli və müvafiq prosedurları həyata keçirməlidir. Müvafiq izolyasiya otağı yaradılmalıdır , əgər gün ərzində hər hansı bir uşaq və ya administrasiya işçisində üçün hərarət müşahidə olunarsa müvafiq tədbirlər görülməlidir, araşdırılmalıdır . Uşaq bağçaları fəaliyyətlərinə başlamazdan əvvəl Əmək Müfəttişliyi tərəfindən müxtəlif nəzarət qurumları ilə birlikdə ətraflı araşdırma aparılacaq. Bundan əlavə, uşağın bağçadan evə buraxılması ilə bağlı məhdudiyyətlər var. Valideyn binaya girə bilmədiyi üçün ən azı 10 dəqiqə əvvəl uşaq bağçasının nümayəndəsini çağırmalı və uşağın bağçadan çıxarılmasını istəməlidirlər. Bu binanın girişində baş tutmalıdır. Qabların yuyulması üçün bəzi tövsiyələr də var. Hər bir qrupdakı uşaqların sayının balanslı olması üçün bir cədvəl tərtib edilməlidir ", - dedi Beka Peradze.
Peradzenin sözlərinə görə, evdən uşaq bağçasına oyuncaq aparmaq qadağan ediləcək.
"Dezinfeksiya etmək çətin olan oyuncaqdan istifadə etmək üçün 37 dərəcə yuyulmalıdır. Ətraflı protokol bu həftə ictimailəşdiriləcək ", -deyə Beka Peradze qeyd edib.
Eyni zamanda, Peradze qeyd edir ki, məktəblər resurs mərkəzləri tərəfindən yoxlanılıb və təkrar yoxlama prosesi isə əmək müfəttişliyi tərəfindən həyata keçirəcək.
"Bəzi məktəblər resurs mərkəzləri tərəfindən yoxlanılıb. İndi Əmək Müfəttişliyi uşaq bağçalarında, məktəblərdə tam yoxlamaya başlayır və Səhiyyə Nazirliyi Əmək Müfəttişliyinin müsbət tövsiyəsi əsasında onlar fəaliyyətlərini bərpa edəcəklər", - deyə Beka Peradze bildirib.
Qeyd edək ki, uşaq bağçalarında təhsil oktyabrın 1-dən, məktəblərdə sentyabrın 15-dən başlayacaq.


