Narkotik cinayətlərinə görə 2 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Aşağıdakılar qabaqcadan əlbir olan qrup tərəfindən narkotik vasitələrin qanunsuz olaraq dəfələrlə əldə edilməsi və saxlanması ittihamı ilə həbs ediliblər: 1982-ci il təvəllüdlü Ş.D. və 1984-cü il təvəllüdlü T.S. əvvəllər də eyni cinayətə görə dəfələrlə məhkum olunublar və hazırda şərti cəza çəkirlər.
Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan şəxslərin şəxsi, avtomobil və yaşayış mənzillərinə baxış nəticəsində satış üçün hazırlanmış “Alfa PVP” və “Metadon” adlı narkotik vasitə, habelə narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan əşyalar maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri ilə aparılır ki, bu da qabaqcadan əlbir olan qrup tərəfindən dəfələrlə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanmasıdır”, - məlumatda deyilir.


