Yaralı bir gənc Tbilisidə klinikaya aparıldıqdan sonra ölüb.
InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Həmin şəxs, döş qəfəsindəki yara ilə Aladaşvili Klinikasına aparılıb. Həkimin sözlərinə görə, xəstəxanaya qəbul olunduqda kişinin vəziyyəti çox ağır idi.
Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Polis faktla bağlı araşdırma aparır.
