11 
Iyn
2024
15:09
460

Gürcüstan Milli Bankı valyuta hərracında 60 000 000 ABŞ dolları satıb

Gürcüstan Milli Bankının bu gün keçirdiyi valyuta hərracında Milli Bank 60 000 000 ABŞ dolları satıb.

InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Onların məlumatına görə, orta çəkili məzənnə 2,8635 olub.

“Bu müdaxilənin məqsədi birdəfəlik iri əməliyyatlar nəticəsində bazar gözləntilərinə mümkün mənfi təsirləri azaltmaqdır.

Birdəfəlik iri əməliyyatlar, xüsusən də maliyyə sektoru tərəfindən əvvəlki illərdə verilmiş lari ilə ifadə olunmuş öhdəliklərin ödənilməsi, dividendlərin ödənilməsi və sair valyuta bazarında xarici valyutaya tələbatı müvəqqəti artırır.

Qeyd olunan əməliyyatların həddindən artıq məzənnə dəyişikliyinə səbəb olmaması üçün Milli Bank ehtiyaca uyğun olaraq valyuta hərracları vasitəsilə bazara xarici valyuta təqdim edir”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın