11 
Iyn
2024
10:22
292

Gürcüstanın 11 bələdiyyəsinin merləri və onların müavinləri ABŞ da səfərdədirlər

Gürcüstanın 11 bələdiyyəsinin merləri və mer müavinləri ABŞ-ın Florida ştatında keçirilən maliyyəçilərin illik konfransında iştirak edirlər.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən “Gürcüstan Yerli Özünüidarə Birlikləri Maliyyəçilər Assosiasiyası”nın koordinasiyası və təşkilatçılığı ilə bu il iyunun 8-də beş gün ərzində Gürcüstanın 11 bələdiyyəsinin merləri və mer müavinləri ABŞ-ın Florida ştatında iqtisadçıların və maliyyəçilərin illik konfransında iştirak edəcəklər.

Konfransda müzakirə olunacaq mövzular bunlardır: qabaqcıl təcrübələrin və proqram büdcəsinin bölüşdürülməsi, büdcənin effektivliyinə dair yeniliklərin və nəticələrin müzakirəsi

. Konfransda Rustavi, Poti, Axalsixe, Kutaisi, Ozurqeti, Saqareco, Dedoplistskaro, Kazbegi, Qardabani, Tetritskaro və Bolnisi merləri iştirak edirlər.

Səfər “Gürcüstanın Yerli Özünüidarəetmə Vahidlərinin Maliyyə Assosiasiyası” tərəfindən maliyyələşdirilib. Həmçinin, müvafiq bələdiyyələr xərclərin bir hissəsini ödəyiblər.

Bizimlə əlaqə saxlayın