Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Sakartvelos Respublika” qəzetində Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” sərlövhəli məqaləsi dərc olunub

255
“Sakartvelos Respublika” qəzetində Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” sərlövhəli məqaləsi dərc olunub
Dinləmək üçün basın

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində şərqşünas-alim, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” sərlövhəli məqaləsi dərc olunub.

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində şərqşünas-alim, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” sərlövhəli məqaləsi dərc olunub.

InterPress.ge-nin xəbərinə görə, məqalə “Alyans Gənclər Mərkəzi”nin “Maddi mənəvi irsimizin təbliğı" layihəsi çərçivəsində dərc edilib.

Yazıda Azərbaycan Prezidentinin ölkəmizdə “İslam Həmrəyliyi İli" elan edilməsi barədə Sərəncamının əhəmiyyəti qeyd olunur. Bildirilir ki, Azərbaycanın İslam dünyasındakı yeri və rolu bu Sərəncamda çox yığcam, aydın və məntiqli şəkildə əksini tapıb.

Qeyd olunur ki, ölkəmizdə yaşayan əhalinin 96 faizini müsəlmanlar təşkil edir, bununla belə, Azərbaycan İslam respublikası deyil. Azərbaycan bu gün dünyanın inkişaf etmiş dövlətləri sırasında dayanan, həm daxili, həm də xarici siyasətində demokratik prinsipləri rəhbər tutan dövlətdir.

Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc birgə yaşamasının unikal nümunəsidir.

Bu gün Azərbaycanda 50-yə yaxın kilsə, ibadət evi, sinaqoq mövcuddur. Bunlardan 6-sı rus pravoslav, 4-ü gürcü pravoslav, 5-i erməni qriqorian, 1-i Roma katolik kilsəsidir.

Bütün bu və digər faktlar onu göstərir ki, müsəlman ölkəsi olan Azərbaycanda tam tolerant və dözümlülük şəraiti mövcuddur. Mövcud qanunlar çərçivəsində qeyri-müsəlman icmaların azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →