10 
Iyn
2024
16:31
460

İspaniyada bir neçə ildir axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb

Bir neçə illik axtarışlardan sonra İspaniyada qətl törətdiyinə görə axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

KİV-in məlumatına görə, saxlanılan şəxs Panama bayrağı altında üzən konteyner gəmisinin ekipaj üzvü olub. Gəminin kapitanı istintaqla əməkdaşlıq edib və təqsirləndirilən şəxs Viqoda saxlanılıb.

Mətbuat yazır ki, o, noyabrın 28-də Polşanın Rıb şəhərində bir nəfərin boynuna soyuq silahla ölümcül xəsarət yetirərək öldürdüyünə görə, 2020-ci ildən sonra axtarışa verilib.

Saxlanılan şəxs cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər