10 
Iyn
2024
14:34
586

Gürcüstanın müdafiə naziri Azərbaycanda rəsmi səfərdədir

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyində Gürcüstanın müdafiə nazirinin rəsmi qarşılanma mərasiminin keçirilməsi planlaşdırılır.Həmçinin, Gürcüstan və Azərbaycanın müdafiə nazirləri təkbətək görüş keçirəcək. Daha sonra müdafiə sahəsində əməkdaşlığın istiqamətləri geniş tərkibdə müzakirə olunacaq.

Rəsmi görüşlərdən əvvəl müdafiə naziri Bakıdakı “Fəxri xiyaban”da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və xanımı, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək ehtiramını bildirib, əklil qoyub.

İrakli Çikovani nümayəndə heyətinin müşayiəti ilə qəhrəmanların abidə kompleksini də gül-çiçəklə bəzədi, “Əbədi məşəl” memorialında həlak olanların xatirəsini ehtiramla yad edib.
 

Bizimlə əlaqə saxlayın