I rübdə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi azalıb
İlkin məlumatlara görə, 2024-cü ilin birinci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 201,4 mln. ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin birinci rübünün ilkin məlumatlarından 64,4 faiz azdır.
IntePress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
“Sakstat”ın yaydığı məlumatda qeyd olunduğu kimi, azalma birbaşa xarici investisiyaların hər üç komponentinin (pay kapitalı, təkrar investisiya və borc öhdəlikləri) indeksinin azalması ilə əlaqədardır.
2024-cü ilin birinci rübündə nizamnamə kapitalı 75,9 mln. ABŞ dolları təşkil edib ki, bu da ümumi birbaşa xarici investisiyaların 37,7 faizini təşkil edir. Təkrar investisiyalar 92,5 mln. ABŞ dolları ilə 45,9 faiz təşkil edib. 2024-cü ilin birinci rübündə 42,4 mln. ABŞ dolları ilə Türkiyə birinci yerdədir ki, bu da ümumi birbaşa xarici investisiyaların 21,0 faizini təşkil edir. İkinci yerdə 41,5 milyon. ABŞ dolları ilə Çexiya qərarlaşıb - (20,6 faiz), üçüncü yerdə isə 33,7 mln. ABŞ dolları ilə (16,7 faiz) Amerika Birləşmiş Ştatlarıdır.Ən böyük sərmayədar beş ölkənin payı investisiyaların ümumi həcminin 85,5 faizini təşkil edir.2024-cü ilin birinci rübündə ən böyük birbaşa xarici investisiya enerji sektoruna qoyulub və 78,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ümumi birbaşa xarici investisiyaların 39,1 faizini təşkil edir. İkinci yeri ticarət sektoru tutur - 39,5 mln. ABŞ dolları ilə (19,6 faiz), üçüncü yerdə isə 38,8 mln. ABŞ dolları ilə nəqliyyat sektoru qərarlaşıb (19,3 faiz) ”, - məlumatda deyilir


