Rusiya işğalçı qüvvələri qanunsuz olaraq Gürcüstan vətəndaşını saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Sxinvali şəhəri yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, qanunsuz saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan "qaynar xətt”i işə salıb. Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
"Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı qüvvələrinin üzərinə düşür", - məlumatda deyilir.


