“Gənclər və Təhsil Mərkəzi” və “Yeni Düşüncə İnstitutu” 1+4” proqramı vasitəsilə abituriyentlər üçün sınaq imtahanı təklif edir
Gənclər və Təhsil Mərkəzi” və “Yeni Düşüncə İnstitutu” 1+4” proqramı vasitəsilə ali məktəbə qəbul imtahanı vermək istəyən azərbaycandilli abituriyentlər üçün riyaziyyat və ümumi qabiliyyət üzrə onlayn sınaq imtahanı təklif edir.
InterPress.ge xəbər verir ki, son qeydiyyat tarixi 15 iyun, saat 23:00 - dək olacaq.
"Sınaq testinə qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olaraq verilmiş formu doldurmalısınız.
Son qeydiyyat tarixi :15 iyun, saat 23:00
Qeydiyyat müddəti başa çatdıqdan sonra qeydiyyatdan keçmiş şəxlərin e-poçt ünvanlarına sınaq imtahanının keçirilmə tarixi və şərtləri haqqında ətraflı məlumat göndəriləcək.
Bununla yanaşı, təşkilatın rəsmi “facebook” səhifəsində imtahanla bağlı geniş məlumat dərc olunacaq.
Əlavə suallarınız olduğu təqdirdə bizimlə əlaqə saxlaya bilərsiniz:
Mail: [email protected]
Tel: 555 10 07 38 / 555 24 24 80
Sınaq imtahanı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə, LEAD “Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya” təşəbbüsü çərçivəsində həyata keçirilir"- məlumatda bildirilir.


