Barselonada əslən gürcüstanlı qadın öldürülüb.
InterPress.ge xəbər verir ki, onun əri 32 yaşlı Natia Qulbaninin vəhşicəsinə öldürülməsinə görə saxlanılıb.
İlkin olaraq İspaniya hüquq-mühafizə orqanları işi intihar ittihamı ilə araşdırsalar da, şahidlərin ifadələri əsasında istintaq tezliklə yenidən təsnifləşdirilib.
