07 
Iyn
2024
14:49
233

Şirkətlərdən birinin keçmiş direktoruna qarşı qəsdən vergidən yayınma faktına görə ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu bir nəfəri xüsusilə böyük məbləğdə, yəni 3 milyon laridən çox vergidən yayınma faktı ilə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs, yəni şirkətlərdən birinin direktoru və faktiki sahibi öz gəlirlərini sistematik şəkildə səhv bəyan edib, nəticədə o,2014-2018-ci illərdə külli miqdarda vergi, cəmi 3.098.967 lari məbləğində xüsusi rüsum ödəməkdən yayınıb.

“Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin ikinci hissəsinin “b” bəndi (xüsusən külli miqdarda vergidən qəsdən yayınma) ilə ittiham olunub və bu, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prokurorluğun vəsatəti əsasında məhkəmə artıq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə qərar verib”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər