06 
Iyn
2024
15:08
486

Məhbusların sayına görə Gürcüstan Avropada ikinci yerdədir

Gürcüstan hər 100 min əhaliyə düşən məhbusların sayına görə Avropada ikinci yerdədir.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının son hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, ümumilikdə Şərqi Avropa və Qafqaz regionu ölkələrində, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyə Qərbi və Şimali Avropa ölkələri ilə müqayisədə xeyli yüksək göstəricilərə malikdir.

Hesabat 31 yanvar 2023-cü il tarixinə vəziyyəti əks etdirir. 

Gürcüstanda həbs-qətimkan tədbiri də daxil olmaqla, məhbusların sayı 9568 nəfər təşkil edib, bu göstərici hər 100 min nəfərə 256,1 təşkil edib.

Yalnız Türkiyədə Gürcüstandan daha çox məhbus var. Hesabata görə, indeksi çox yüksək olan beş ölkə  Türkiyə, Gürcüstan, Azərbaycan, Moldova, və Macarıstandır.

Avropa ölkələrində orta rəqəm hər 100 000 nəfərə 124 məhbus, orta göstərici isə daha aşağı - 107 məhbus olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər