Gürcüstan-Rusiya sərhədində "Daryal" sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib
Daryal sərhəd-keçid məntəqəsi adi qaydada fəaliyyətini bərpa edib.
InterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyinin məlumatına görə, Milli Ekologiya Agentliyinin tövsiyəsi əsasında Devdoraki vadisində mövcud vəziyyət nəzərə alınaraq avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
“Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Devdorakidə fövqəladə halların idarə olunması xidmətində quraşdırılmış ölçmə detektorundan çayın məcrasında minimal artım halında dəyişikliyi qeydə alan siqnal mesajı daxil olub.
Daxil olan məlumat əsasında “Daryal” sərhəd-keçid məntəqəsində olan bütün şəxslər dərhal təhlükəsiz yerə köçürülüb.
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri vasitəsilə Milli Ətraf Mühit Agentliyinin mütəxəssisləri Devdoraki- Amal vadisinə baxış keçirib və gözlənilən təhlükələr qiymətləndirilib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, hazırda Devdoraki vadisində təhlükə səviyyəsi minimaldır”, - məlumatda qeyd edilir.


