Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıb
TVCANLI

Litvanın səfiri: Biz Gürcüstanın irəli getməsini istəyirik, amma Gürcüstan irəliləmək istəyir, ya yox? 

273
Litvanın səfiri: Biz Gürcüstanın irəli getməsini istəyirik, amma Gürcüstan irəliləmək istəyir, ya yox? 
Dinləmək üçün basın

Litvanın Gürcüstandakı səfiri Endryu Kalindra bildirir ki, “xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün tamamilə lazımsız idi və bu, artıq Aİ-Gürcüstan münasibətlərinə və…

Litvanın Gürcüstandakı səfiri Endryu Kalindra bildirir ki, “xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün tamamilə lazımsız idi və bu, artıq Aİ-Gürcüstan münasibətlərinə və tərəfdaşlığına təsir göstərib. Diplomat hesab edir ki, hətta Gürcüstana qarşı müəyyən qaydalar tətbiq etməkdən danışmaq belə onun üçün həm peşəkar, həm də şəxsən çox xoşagəlməzdir.

InterPress.ge xəbər verir ki, bu barədə Litvanın Gürcüstandakı səfiri Endryu Kalindra "İnterpressnews"-a eksklüziv müsahibəsində danışıb.

“Cəmi yarım il bundan əvvəl biz hamımız çox sevindik və Gürcüstana namizəd statusunun verilməsini dəstəklədik. Dekabrda biz bunu Azadlıq meydanında qeyd etdik. İndi biz Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmasının daha bir mərhələsinə qədəm qoyuruq, bu mərhələ növbəti - yekun mərhələyə keçir.”- deyə səfir deyib.

Səfir həmçinin hakim partiyanın qəbul etdiyi qanun barədə danışıb və qanunun Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün tamamilə lazımsız olduğunu qeyd edib.

“Bu, üzvlük danışıqlarının başlanğıcıdır və Avropa İttifaqına inteqrasiya istiqamətində çox ciddi addımdır. Söhbət inteqrasiyadan, üzvlükdən gedir, başqa heç nədən yox. O qanunla bağlı, sizin haqlı olaraq qeyd etdiyiniz kimi, o qədər avropalı siyasətçilər öz fikirlərini bildiriblər və biz bu fikri coğrafi baxımdan, demokratiya ilə avtokratiyalar arasında dəyərləndirsək, görərik ki, demokratik ölkələr nə deyib, avtokratik rejimlərdən nə mesaj gəlib. Aİ özü dəyərlərə əsaslanan həqiqətən unikal bir birlikdir. Biz görürük ki, bu qanun Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün tamamilə lazımsız idi və tamamilə lazımsızdır.

Qanun artıq Aİ-Gürcüstan münasibətlərinə və tərəfdaşlığına təsir edib. Aİ-nin Xarici Əlaqələr Şurası artıq mayın sonunda Gürcüstandakı vəziyyəti müzakirə edib. İyun ayında Xarici İşlər Şurasına daha bir müraciət olacaq. Biz Gürcüstanın irəli getməsini istəyirik, amma Gürcüstan irəli getmək istəyir? Bunu sübut etmək lazımdır; O, Avropa səfərində çempionlar çempionu olmalıdır.” –deyə səfir Endryu Kalindra bildirib.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?Son xəbərlərə bax →