06 
Iyn
2024
12:28
731

Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsi bağlandı

Fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük-keçid məntəqəsinin işi müvəqqəti dayandırılıb, işçilər və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, buna səbəb Devdorak çayının səviyyəsinin artmasıdır.

Həmçinin qurumdan verilən məlumata görə, qabaran çayın səviyyəsi enən kimi gömrük-keçid məntəqəsi adi qaydada fəaliyyətini davam etdirəcək.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, fövqəladə vəziyyətlə əlaqədar (Devdorak çayında quraşdırılmış ölçmə detektorundan alınan siqnal əsasında çayın məcrasında minimum qalxma halında dəyişiklik qeydə alınır. ) “Kazbeqi” gömrük-keçid məntəqəsinin işi müvəqqəti dayandırılıb.

Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı, habelə qeyd olunan gömrük keçid məntəqəsindən dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilə bilməz.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş iş nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kazbeqi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinləri mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.

Təhlükə aradan qaldırıldıqdan sonra ( çayın səviyyəsi enən kimi) “Kazbeqi" gömrük-keçid məntəqəsi adi qaydada fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin daşınması rahat həyata keçiriləcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər