06 
Iyn
2024
10:52
441

Dövlət büdcəsinə məxsus külli miqdarda pulun dələduzluq yolu ilə mənimsənilməsi faktları aşkar edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, dövlət büdcəsinə məxsus külli miqdarda pulun dələduzluq yolu ilə mənimsənilməsi faktları üzrə 8 nəfərə qarşı cinayət işi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Məlumata əsasən, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2021-2023-cü illərdə sahib olduqları şirkətlər adından Gəlirlər Xidmətinə aylıq ƏDV bəyannamələri təqdim edərək, satılan mallarla bağlı saxta məlumatlar daxil edilib, beləliklə, şirkətlərə ƏDV aktivi yaradılıb.

“Müəyyən edilib ki, qeyd olunan cinayət əməli nəticəsində təqsirləndirilən şəxslər dövlət büdcəsinə məxsus 704 714 lari dələduzluq yolu ilə ələ keçiriblər.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsi ilə istintaq davam etdirilir.

Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi və sözügedən cinayət əməlində əli olan şəxslərin ifşa edilməsi məqsədilə müvafiq tədbirlər görülür”, - deyə məlumatda bildirilir.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər