06 
Iyn
2024
10:39
242

Tbilisidə iki nəfəri qətlə yetirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Tbilisidə iki nəfərin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən isti izdə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü İ.K. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

Sözügedən cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır

“İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yaranmış münaqişə zəminində qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü B.B. və onun dostu, 1984-cü il təvəllüdlü N.A.-ya ov tüfəngindən bir neçə dəfə atəş açıb. Aldıqları xəsarətlər nəticəsində hər ikisi hadisə yerində dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.K. isti izlərlə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını sübut kimi götürüblər.
“İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi ilə (iki şəxsi qəsdən öldürmə, ağırlaşdırıcı şəraitdə törədilməklə) aparılır” - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər