Sürücülük vəsiqəsinin şərtləri kateqoriyalar və alt kateqoriyalar üzrə müəyyən ediləcək
Sürücülük vəsiqəsinin şərtləri kateqoriyalar və alt kateqoriyalar üzrə müəyyən ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb.
AM, A, B, BE, T, S, A1, A2, B1 - kateqoriyalı və alt kateqoriyalı sürücülük vəsiqəsi 15 il müddətində etibarlı olacaq.
C, CE, D, DE, C1, C1E, D1, D1E və tramvay - kateqoriyalı və alt kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 5 il olaraq təyin olunur.
Beynəlxalq sürücülük vəsiqəsinin etibarlılıq müddəti 3 il müəyyən edilir (təyin edilmiş kateqoriyadan və alt kateqoriyalardan asılı olmayaraq).
Əgər etibarlılıq müddəti başa çatarsa, sürücülük vəsiqəsini 15 lariyə dəyişdirə bilərsiniz.
Vəsiqəni dəyişdirmək üçün aşağıdakıları təqdim etməlisiniz: şəxsiyyəti təsdiq edən sənəd, dəyişdiriləcək sürücülük vəsiqəsi və sağlamlıq haqqında arayış. İmtahanlardan keçmək lazım deyil.


