05 
Iyn
2024
13:14
1012

Vahid milli imtahanlar bu tarixdən başlayır

İmtahan prosesinə bu il iyulun 3-də vahid milli imtahanlarla start veriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

Qurumun məlumatına görə, abituriyentlər gürcü dili və ədəbiyyatdan ilk imtahan verəcəklər. İyulun 26-da fizika imtahanı ilə başa çatacaq.

Müəllimlərin fənn və xüsusi imtahanları üşün qeydiyyatdan keçənlər iyulun 5-dən imtahan prosesinə cəlb olunacaqlar. Həmçinin iyulun 5-də tələbə qrant müsabiqəsi keçiriləcək. Magistraturaya namizədlər iyulun 17 və 18-də ümumi magistratura imtahanında iştirak edəcəklər. İmtahanın keçirilmə tarixi, imtahana gəlmə vaxtı və imtahan mərkəzinin ünvanı barədə ətraflı məlumat imtahan kartında göstəriləcək. İmtahanlar iyunun 20-dən sonra kartları öz qeydiyyat səhifəsindən çap edə biləcəklər. 2024-cü ildə imtahan mərkəzləri aşağıdakı şəhərlərdə açılacaq: Batumi, Poti, Zuqdidi, Ozurqeti, Kutaisi, Axaltsixe, Qori, Tbilisi, Rustavi, Telavi, Xulo, Ambrolauri.

Xatırladırıq ki, 2024-cü ildə 47 mindən çox abituriyent vahid milli imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçib. Tələbə qrant müsabiqəsində 3000-dən çox tələbə iştirak etmək arzusunu bildirib. Ümumi magistratura imtahanı üçün 10 mindən çox namizəd, müəllimlərin imtahanında isə 18 min 900-dən çox abituriyent qeydiyyatdan keçib.

Mövzunun aktuallığından asılı olaraq Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin www.naec.ge saytında abituriyentlər üçün sistemli şəkildə konkret fənnlə bağlı tövsiyələr dərc olunur. “Abituriyentlərə tövsiyələr” rubrikası keçiləcək fənnlə bağlı bütün vacib məlumatları ətraflı öyrənmək istəyən imtahan verənlər üçün nəzərdə tutulub. İmtahan prosesinə və bununla bağlı qayda və təlimatlara gəlincə, abituriyentlərin arayışla tanış olmaq imkanı var. Arayışda ali təhsil müəssisələrinin məlumatları, hər bir imtahana təyin olunan əmsal, səriştə limiti, təhsil haqları və digər mühüm detalları əks etdirən cədvəl də öz əksini tapıb”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın