05 
Iyn
2024
11:56
410

İctimai fəal İoseb Babayev Qoridə həbs edilib

İş adamı və ictimai fəal olan İoseb Babayev Qoridə həbs edilib.

InterPress.ge xəbər verir ki, onun vəkili və yaxınları hesab edirlər ki, Babayev Hakim partiyanın qəbul etdiyi qanuna qarşı etiraz aksiyalarında iştirakına görə cəzalandırılır.

Qeyd edək ki, Babayev ABŞ-ın sanksiyaya məruz qoyduğu hakimlərin daxil olmasına icazə verilməyən “resto-bar” – ın  sahibidir. İ. Babayev qanunsuz silah əldə etmək və saxlamaqda ittiham olunur.

Hüquq müdafiəçisi sözlərinə görə, İoseb Babayev salanılma zamanı döyülüb və polis onun maşınına avtomat və tapança qoyub. Saxlanılan şəxs vəkilə bildirib ki, axtarış zamanı Daxili İşlər Nazirliyinin nümayəndələri ona müxalifət partiyalarının nümayəndələri ilə əlaqədə olduğuna görə, bu səbəbdən onu şifahi təhqir ediblər.

“Onun həbsi siyasi fəaliyyətlə bağlıdır, o, odlu silahın [qanunsuz] alqı-satqı-saxlama-daşıma ilə bağlı 236-cı maddəsi ilə həbs edilib. Onun maşınına 1 tapança və avtomat qoyulub. Axtarış zamanı nəzarətçi bıraxılmayıb, onu maşına mindiriblər, daha sonra sanki ilk dəfədir axtarılırmış kimi çəkilişlərə başlayıblar. O, şiddətli fiziki təzyigə məruz qalıb, paltarı yırtılıb, başında və üzündə xəsarətlər var. Hazırda İstintaq təcridxanasına yerləşdirilib, dayanmaq və təslim olmaq fikrində deil, həqiqəti sübut edəcək dəlillərimiz var.” – deyə vəkil bildirib.

Bizimlə əlaqə saxlayın