05 
Iyn
2024
10:52
276

Miqrasiya İdarəsi tərəfindən aprel-may aylarında 42 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan Qanunu əsasında cari ilin aprel-may aylarında 42 nəfər müxtəlif ölkə vətəndaşının tutularaq ölkədən çıxarılması təmin edilib.

InterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin izahatına görə, saxlanılan şəxslərin bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində Gürcüstandan məcburi şəkildə çıxarılıb.

“Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu əsasında İraq Respublikası, İran İslam Respublikası, Əlcəzair Xalq Demokratik Respublikası, Pakistan İslam Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası, İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası və digər xarici ölkələrin ümumilikdə 42 vətəndaşı ölkədən çıxarılıb.
Çıxarılan şəxslər arasında Gürcüstana daxil olmuş və qanuni əsas olmadan ölkədə qalmış, müxtəlif ictimai-siyasi fəaliyyətlə məşğul olmuş 8 azyaşlı Azərbaycan Respublikasının vətəndaşı da var.” –mətbuat xidmətinin məlumatında deyilir.

 

Bizimlə əlaqə saxlayın