Baş nazirdən açıqlama: Bu cərimələr silinəcək
Baş nazir İrakli Kobaxidzenin bəyanatına görə, hökumətin bugünkü iclasında Kovid pandemiyası zamanı 2 minə qədər vətəndaşa yazlan cərimələrin silinməsini nəzərdə tutan fərman layihəsi müzakirə olunacaq.
InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə hökumət iclasında məlumat verib.
Baş nazirin sözlərinə görə, qeyd olunan məbləğin ümumi həcmi təxminən 5 milyon 600 min lari təşkil edir.
“Bu gün hökumət Covid pandemiyası zamanı minlərlə vətəndaşımıza, 2 minə qədər vətəndaşımıza tətbiq edilən cərimələrin silinməsini nəzərdə tutan fərman layihəsinə baxır. Ona görə də hökumətin bugünkü iclasında bu cərimələrin ləğvi ilə bağlı qərar qəbul ediləcək və bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən təklif hazırlanıb. 1855 fiziki və 38 hüquqi şəxs cərimələrdən azad ediləcək. Pulun ümumi məbləği təxminən 5 milyon 600 min lari olacaq. “ – Deyə Baş nazir bildirib.


