Baş nazir: Qanun artıq qüvvədədir və biz lazımsız emosiyaları bir kənara qoymalıyıq
"Qanun artıq qüvvədədir və hamımız soyuqqanlı düşüncə ilə praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıyıq. Bu, xüsusilə etirazın uğursuzluğundan yaranan məyusluğu ört-basdır etmək üçün liberal-faşist üsullardan istifadə edən insanlara aiddir. "
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu hakimiyyətin qələbəsi, qanunun əleyhdarlarının və ya beynəlxalq tərəfdaşların məğlubiyyəti kimi qiymətləndirilməməlidir.
“Şəffaflıq haqqında qanunun qəbulunu nə hakimiyyətin qələbəsi, nə də qanunun əleyhdarlarının məğlubiyyəti hesab etməməliyik, nədəki, şəffaflıq haqqında qanunun qəbulunu beynəlxalq tərəfdaşlarımız üçün məğlubiyyət hesab edə bilmərik. Çox vaxt bunu belə təqdim etməyə çalışırlar. “Şəffaflıq Qanunu”nu qəbul etməklə yalnız Gürcüstan, onun suverenliyi və təhlükəsizliyi qazandı. Müvafiq olaraq, bu qanunun qəbulu ilə yalnız ölkəmizin bədxahları məğlub oldular. Bu iki ay ərzində qanunla bağlı çoxlu dezinformasiyalar yayılıb. Yalnız süni əsası olan həddindən artıq emosiyalar var idi. Halbuki, indi qanun artıq qüvvədədir və hamımız praqmatik, soyuq düşüncə ilə hərəkət edib, lazımsız emosiyaları bir kənara qoymalıyıq. Bu, xüsusilə etirazın uğursuzluğundan yaranan məyusluğu ört-basdır etmək üçün liberal-faşist üsullardan istifadə edən insanlara aiddir.
Liberal faşizm bizim ölkədə, Gürcüstanda illərdir qeyri-şəffaf maliyyə hesabına süni şəkildə idarə olunan klassik faşizm və bolşevizmdən heç də az təhlükəli olmayan ideologiyadır. Bu, gürcü mədəniyyətinə tamamilə uyğun gəlmir. Hərkəsi ilk növbədə onun ardıcıllarının şəxsi inkişafına ən böyük təhlükə yaradan liberal faşizmdən ayrılmağa çağırmaq istərdim.” – deyə baş nazir bildirib.


