Yağışdan, doludan və ümumilikdə pis hava şəraitindən sonra Gürcüstanda nəhayət havalar istiləşəcək.
InterPress.ge xəbər verir ki, sabahdan başlayaraq bütün ölkə ərazisində günəşli günlər bir həftə davam edəcək.
Gələn həftənin ayrı-ayrı günlərində havanın temperaturu +33, +35 dərəcəyə çatacaq, istilər fonunda gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, lakin gün ərzində ətraf mühitimiz əsasən günəşli olacaq.
.jpeg)