18 
Fev
2020
12:45
1059

Aksiya iştirakçıları parlament binası ərazisində "utanc dəhlizi" qurdular

Parlamentin yan girişində,aksiyanın baş tutduğu Çitadze küçəsindən müxalifət nümayəndələri dəstəkçiləri ilə bərabər utanc dəhlizi qurdular.

InterPress.ge xəbər verir ki, hakim partiyanın nümayəndələri parlament binasına aktivislərin səs küyləri ilə daxil olurlar.

Avropalı Gürcüstanın üzvü Sergey Kapanadzenin bildirdiyinə görə utanc dəhlizini parlamentdə baş tutan proseslərdən irəli gələrək qurublar.

"Çünki baş prokuror vəzifəsinə İrakli Şotadzenin namizədliyinə dəstək olacaq. Bənzər aksiyalar gələcəkdə də davam edəcək. Bu utanc dəhlizi İvanişvilinin tapşırığı ilə buraya gələcək olan deputatlar üçündür. Onlar yaşıl düyməni basacaqlar və İrakli Şotadzeni dəstəkləyərək seçəcəklər. İvanişvili xalqa, özünün istədiyi kimi hərəkət etdiyini və ictimaiyyətin onun üçün maraqlı olmadığını göstərmək istəyir. "- qeyd etdi Kapanadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər