31 
May
2024
18:25
1747

Gürcüstana gələnlərin nəzərinə - sağlamlıq sığortası ilə bağlı qanunun qüvvəyə minmə tarixi uzadıldı

Gürcüstanda turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Milli Turizm Administrasiyasının Business Insider-ə verdiyi məlumata görə, Gürcüstana gələn turistlər üçün Gürcüstanın “Turizm haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulmuş icbari həyat və sağlamlıq sığortasının olması öhdəliyi 2026-cı il yanvarın 1-dək təxirə salınacaq.

Qeyd edək ki, əcnəbi turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortasının 2024-cü il iyunun 1-dən tətbiqi nəzərdə tutulurdu. Qeyd olunan tarix şərti olub və rəsmi təsdiqini tapmayıb. 

Milli Turizm Administrasiyasının təşəbbüsü ilə turistlərin sağlamlıq və bədbəxt hadisələrdən sığortası qaydalarını və şərtlərini müəyyən etmək məqsədilə Səhiyyə, İqtisadiyyat, Xarici İşlər, Daxili İşlər Nazirliyi və Sığorta Nəzarəti Xidmətindən ibarət idarələrarası komissiya yaradılıb. 

Qeyd edək ki, səyahət sığortası bütün dünyada etibarlıdır və səfər zamanı səhhətinin qəfil pisləşməsi, dərman ehtiyacı, təcili travmatoloji və ya cərrahi müdaxilə nəticəsində yaranan xərcləri əhatə edir. 

Bizimlə əlaqə saxlayın