Gürcüstan prezidenti bu gün 7 məhkumu əfv edib.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.
Məlumata görə, 5 məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən tam azad edilib.
2 məhkumun cəzaçəkmə müəssisəsində çəkilməsi üçün qalan cəza müddəti azaldılıb, onlardan 1-i qadındır.
