İstintaq xidməti tərəfindən dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə faktı aşkar edilib
İstintaq xidməti dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə faktını aşkar edib.
InterPress.ge xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını əldə edən bir nəfər həbs edilib, daha iki nəfərə isə qiyabi ittiham irəli sürülüb.
“Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində mütəşəkkil dəstə tərəfindən saxta vəzifəli şəxslər və mülkiyyət hüququ sənədləri hazırlayaraq istifadə etməklə külli miqdarda özgənin əmlakını dələduzluq yolu ilə əldə etmək faktı üzrə bir nəfər saxlanılıb, iki nəfərə isə qiyabi ittiham irəli sürülüb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə Tbilisi şəhərində xarici vətəndaşlara məxsus ümumi dəyəri təxminən 1 milyon 480 min lari olan iki ticarət obyektini və üç yaşayış mənzilini saxta xarici dildə etibarnamələrdən və saxta alqı-satqı müqavilələrindən istifadə etməklə qanunsuz olaraq ələ keçiriblər.Həmçinin, eyni şəkildə Tbilisidə təxminən 245 min lari dəyərində iki ticarət sahəsini ələ keçirməyə cəhd ediblər.
Araşdırmalar zamanı dələduzluq yolu ilə əldə edilmiş daşınmaz əmlaklar müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362, 210 və 180-ci maddələri ilə aparılır.
Qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - deyə qurumun məlumatında bildirilir.


