29 
May
2024
11:55
191

2023-cü ildə Gürcüstanda yoxsulluq həddi 3,8 faiz azalıb

2023-cü ildə Gürcüstanda mütləq yoxsulluq həddindən (mütləq yoxsulluq səviyyəsi) aşağı olan əhalinin xüsusi payı əvvəlki illə müqayisədə 3,8 faiz azalaraq 11,8 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

“Sakstat”ın məlumatına görə, 2023-cü ildə şəhər tipli qəsəbələrdə mütləq yoxsulluq səviyyəsi 2,9 faiz bəndi azalaraq 9,4 faiz, kənd tipli qəsəbələrdə isə 5,0 faiz bəndi azalaraq 15,6 faiz təşkil edib.

“2023-cü ildə əhalinin bütün yaş qruplarında yoxsulluğun mütləq səviyyəsi əvvəlki illə müqayisədə azalıb. O cümlədən, 18 yaşadək yaş qrupunda göstərici 16,0 faiz (-4,3 faiz bəndi), 18-64 yaş qrupunda 11,5 faiz (-3,8 faiz bəndi), 65 və yuxarı yaş qrupunda isə 8,0 faiz (-3,8 faiz bəndi) təşkil edib. Qadınlarda mütləq yoxsulluq səviyyəsi 3,9 faiz bəndi azalaraq 11,5 faiz, kişilərdə isə 3,7 faiz bəndi azalaraq 12,2 faiz olub.

2023-cü ildə əvvəlki illə müqayisədə Cin əmsalının məcmu gəlirlərə və ümumi vəsaitlərə görə dəyəri dəyişməyərək müvafiq olaraq 0,36 və 0,37 təşkil etmiş, ümumi istehlak xərclərinə görə isə 0,02 artaraq 0,36, və ümumi xərclər üzrə isə 0,01 artaraq 0,40 təşkil edib - “Sakstat”ın yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın