28 
May
2024
12:49
217

Polşa ərazisində rusiyalı diplomatların hərəkətinə məhdudiyyətlər qoyulacaq

Rusiya diplomatlarının Polşa ərazisində hərəkətinə məhdudiyyət qoyulacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ xarici işlər nazirlərinin Brüssel görüşündən sonra bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın Polşadakı səfirliyi və konsulluğunun əməkdaşlarına şamil olunacaq.

Rusiya diplomatları yalnız Mazoviyada, konsullar isə vəzifə tutduqları əyalətlərdə hərəkət edə biləcəklər.

“Başqa ölkələrdə artıq belə qaydalar var və ümid edirik ki, başqaları da bizdən nümunə götürəcək. Ümid edirik ki, Rusiya Federasiyası bunu ciddi xəbərdarlıq siqnalı kimi qəbul edəcək”, - deyə Radoslav Sikorski bildirib.

Sikorski qərarın konkret səbəbini açıqlamayıb, lakin qeyd edib ki, Varşavada Moskvanın Polşa ərazisində təxribatların təşkilində iştirakına dair sübutlar var.
 

 

Bizimlə əlaqə saxlayın