27 
May
2024
14:42
215

Bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası davam edəcək

“Xarici təsirin şəffaflığı haqqında” qanun  layihəsinə qarşı etiraz aksiyası bu gün də davam edəcək.

InterPress.ge xəbər verir ki, vətəndaşlar saat 19:00-da qanunverici orqanın qarşısına toplaşacaqlar.

Bundan əlavə, aksiya təşkilatçılarının bildirdiyinə görə, aksiya sabah saat 12:00-da plenar iclasa paralel olaraq baş tutacaq.

Xatırladırıq ki, bu gün səhər saatlarından vətəndaşlar parlamentin arxa girişinə toplaşıb. Qanunvericilik orqanının yanına toplaşan vətəndaşlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı prezidentin əsaslandırılmış iradlarını Hüquq məsələləri komitəsinin dəstəkləməməsinə etiraz edərək “Qullar”, “Ayıbdır” Rus qanununa yox, Avropaya doğru ” şüarları səsləndiriblər.

Təhlükəsizlik məqsədilə parlamentin bütün girişlərində polis səfərbər edilib.

Məlumat üçün bildirək ki, Hüquq Məsələləri Komitəsi prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı əsaslandırılmış fikirlərini dəstəkləməyib.

 

Bizimlə əlaqə saxlayın