Latviyanın Xarici İşlər naziri: Gürcüstanın Avropa gələcəyi ciddi problemlə üz-üzədir
Nə edəcəyini Gürcüstan parlamenti və hökuməti qərara almalıdır, lakin bu ölkənin Avropa gələcəyi ciddi problemlə üz-üzədir.
InterPress.ge xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Baiba Braje Avropa Şurası konfransı başlamazdan əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Gürcüstanda olduqları müddətdə güclü mesajları olub.
“Gürcüstandakı vəziyyətə gəlincə, Baltikyanı ölkələrin xarici işlər nazirləri Gürcüstanda olarkən hökumət və hakimiyyətlə danışmaq, gürcü xalqının Avropa seçimini dəstəkləmək üçün güclü mesajımız var idi, bu isə o deməkdir ki, Xarici Maliyyələşdirmə ilə bağlı qanun haqqında indi hökumət və parlament nə edəcəyini özü qərar verməlidir. Biz onun ləğvini tələb etdik, prezident bu qanuna veto qoydu. Deməli, nə edəcəyini suveren ölkə, Gürcüstan, parlament və hökumət qərar verməlidir, baxmayaraq ki, Gürcüstanın avropapərəst yolu və bu ölkənin Avropa gələcəyi ciddi olsa da, təhlükəli deməzdim, ancaq problemlə qarşı-qarşıyadır. Bu işdə ən vacib şey budur”- deyə Baiba Braje bildirib.


