“Həmişə və hər yerdə, Gürcüstan səninləyəm” - Tbilisidə etiraz aksiyası davam edir
Filarmoniyanın yaxınlığında toplaşan aksiya iştirakçıları Çavçavadze prospekti ilə Vake parkına doğru gedirlər.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları simvolik olaraq Gürcüstan və Avropa İttifaqının bayraqlarını açıblar.
Yürüş iştirakçıları “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşıdırlar.
Onlar hesab edirlər ki, bu qanun layihəsinin qəbulu Gürcüstanı Avropadan uzaqlaşdıracaq.
Bugünkü aksiyanın şüarı belədir: “Həmişə və hər yerdə, Gürcüstan səninləyəm”. Aksiyada tələbələr, professorlar, siyasətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən mədəniyyət və müxtəlif sahələrin nümayəndələri iştirak edirlər.
Etiraz və yürüşlə əlaqədar nəqliyyatın hərəkəti kəsilib.
Foto: Ezz Gaber


