25 
May
2024
20:14
453

Sərhəd polisinin iki əməkdaşı qız qaçırma faktına görə saxlanılıb

Xüsusi İstintaq Xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin iki əməkdaşını evlənmək məqsədilə qanunsuz olaraq bir nəfəri azadlıqdan məhrum etmə faktı üzrə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, vətəndaş M.K. 23 yaşlı qızı evlənmək üçün qaçırmaq niyyətində olub. 25 may 2024-cü il tarixində Mestia qəsəbəsində, Tamar Mepe küçəsində Sərhəd Polisi Bölməsinin 2 inspektorunun köməyi ilə zərərçəkmişi zorla maşına mindirərək qaçırıblar. 

Xüsusi İstintaq Xidməti məlumatı aldıqdan sonra təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirib. Şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, qız qaçırmaqla bağlı video çəkiliş əldə edilib, bundan sonra 25 may 2024-cü il tarixdə sərhəd polisinin hər iki əməkdaşı Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” yarımbəndində nəzərdə tutulmuş cinayəti törətdiklərinə görə tutulublar. Vətəndaş M.K. Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.

Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İttihamlar 48 saat ərzində təqdim olunacaq.

Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir.

Bizimlə əlaqə saxlayın