Bu günə kimi nə qədər koronavirus testi edilib?
"Yanvar ayının sonundan etibarən ölkədə koronavirus üzərində 350.000 PCR testi aparılıb".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Eyni zamanda, Amiran Qamğrelidzenin sözlərinə görə, son bir ay ərzində gündə orta hesabla 4830 PCR testi aparılır.
“Bildiyiniz kimi, ölkədə gündəlik PCR testlərinin sayı kifayət qədər genişlənir. Xüsusilə, son bir ayda gündə ortalama 4830 PCR testimiz var.
Elə günlər vari idi ki, gün ərzində 5000-6000 arası test aparılırdı, yanvar ayının sonundan etibarən ölkə daxilində 350.000 PCR testi edildi.
Ayrıca sürətli, antigen və antihüceyrə əsaslı testlər aktiv olaraq, əsasən də sərhədə daxil olan yük avtomobili sürücülərinin sürətli testlərdən keçirilməsi üçün istifadə olunur.
Antigen və antihüceyrə əsasında birləşmiş sürətli test var. Bu testlə ölkədə 224 000 araşdırma aparılmışdır. Hər hansı bir şübhəli və ya müsbət antihüceyrə cavabı alınarsa, şəxs PCR texnologiyası ilə araşdırılır.
Geniş sınaq bir neçə nöqtədə, xüsusən də özünü təcrid edən və ya karantində olanlar üçün karantin müddəti sabah-birisigün bitəcək olan Mestia bələdiyyəsində davam etdirilir.
Əhalinin 80-85% -də təkrar test aparıldı, bütün cavablar mənfidir və bu insanlar karantin zonalarını tərk etdilər, əhalinin qalan 15-20% -i bu gün və sabah testdən keçiriləcək və ümid edirik ki, cavablar mənfi olacaq " - dedi A. Qamğrelidze.


