24 
May
2024
11:42
294

Arvadını döyərək öldürən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin və Zuqdidi rayon şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində isti izlərlə 1973-cü il təvəllüdlü Q.Ş ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

"İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Zuqdidi bələdiyyəsində həyat yoldaşı - 1966-cı il təvəllüdlü F.K.-ya küt əşya ilə başından xəsarət yetirib. Xəsarət alan qadın tibb müəssisəsinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs G.Ş isti izlərlə saxlanılıb.

Ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi, Prima-nın 11-ci maddəsinin “K” bəndi ilə istintaq aparılır”, - məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın