Martvil bələdiyyəsində ata oğlunu güllələyib.
InterPress.ge xəbər verir ki, cinayət ov tüfəngindən açılan atəşlə törədilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi isti izlərlə saxlayıblar.Yaralı gənc klinikaya çatdırılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin adam öldürməyə cəhdi nəzərdə tutan 19/109-cu maddəsi ilə aparılır.
