22 
May
2024
16:46
1129

Ölkə ərazisində mayın 26-dək olan hava proqnozu açıqlandı- RƏSMİ

 Mayın 23-24-də Qərbi Gürcüstanın düzənlik və dağlıq rayonlarında yüksək hava temperaturu olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

"Mayın 24-ü günün ikinci yarısından mayın 26-dək Gürcüstanın əksər rayonlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Havanın temperaturu da aşağı düşəcək. Qərb rayonlarında isə güclü şərq küləyi əsəcək.

Məlumata əsasən,  mayın 23-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, mayın 24-25-də isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti)  mayın 23-də hava şəraitinin yağmursuz keçəcəyi, mayın 24-ü günün ikinci yarısından 26-sı gündüzədək qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) mayın 23-də hava şəraitinin yağmursuz keçəcəyi, mayın 24-ü günün ikinci yarısından 26-sı gündüzədək qısamüddətli yağış yağacağı gözlənilir.

Mayın 23-24-də havanın temperaturu +28, 30 dərəcə olacağı, mayın 25-də isə havanın temperaturunun enəcəyi deyilir. Şərqdən güclü külək əsəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mayın 24-də günün ikinci yarısından başlayaraq qısamüddətli yağış yağacağı gözlənilir. Mayın 23-24-də havanın temperaturu gündüz +25, +27 dərəcə isti, mayın 25-də isə azalacağı, Şərqdən güclü küləyin əsəcəyi bildirilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mayın 24-ü günün ikinci yarısından 26-sı gündüzədək qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) mayın 23-də bəzi yerlərdə şimşək çaxacağı, mayın 24-ü günün ikinci yarısından 26-sı gündüzədək əksər rayonlarda dolu düşəcəyi gözlənilir. Mayın 23-24-də havanın temperaturu gündüz +23, +25 dərəcə isti, mayın 25-də isə azalacağı deyilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) mayın 24-ü günün ikinci yarısından 26-sı gündüzədək əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. ərazilərdə dolu da ola bilər. Mayın 23-24-də havanın temperaturu gündüz +23, +25 dərəcə isti, mayın 25-də isə azalacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri, Dedoplistskaro) mayın 24-də günün ikinci yarısından 26-sı gündüzə dək bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. əksər ərazilərdə dolu da ola bilər. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo, Dedoplistskaro) mayın 24-ü günün ikinci yarısından 26-sı gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. əksər ərazilərdə dolu da gözlənildiyi bildirilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək"- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın