25 
Avq
2020
12:25
2099

Türkiyənin Gürcüstandakı səfirliyi Türkiyəyə getmək istəyən vətəndaşlarımız üçün bəyanat yayır

Gürcüstan hökumətinin № 164 nömrəli qətnaməsinə edilən dəyişikliyə əsasən, 2020-ci ilin 4 avqust tarixindən gürcüstan vətəndaşlarına Türkiyədə sezonla işləməyə imkan verilir.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyəyə sezonla işləmək üçün getmək istəyənlərə Türkiyənin Gürcüstandakı səfirliyi bəyanat yayır.

Türkiyənin Gürcüstandakı səfirliyinin açıqlamasına görə, Gürcüstan qurumlarının verdiyi məlumata əsasən, Türkiyəyədə müvəqqəti işləmək üçün getmək istəyən şəxslərdə işə götürən şəxs tərəfindən notariusla təsdiqlənmiş 3 aylıq dəvət sənədi olmalıdır. Sənəddə işə götürənin şəxsi məlumatları yer almalıdır.

Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilir ki, Gürcüstan hökuməti tərəfindən qəbul edilən bu islahat şəxslərin Gürcüstandan Türkiyəyə işləmək üçün getmək hüququnu qoruyur. Türkiyəyə işləməyə gedəcək olan şəxslər Türkiyə qanunvericiliyinə tabe olmalıdırlar.

“2017-ci ildən YUMİ- NET proqramı qüvvədədir. Proqram Qara dənizin 6 bölgəsi üçün ( Samsun, Ordu, Trabzon, Rize, Qiresun və Artvin) çay və qoz- fındıq eləcə də kənd təsərrüfatı işləri üçün əlavə yardım etmək məqsədilə “ beynəlxalq iş qüvvəsi haqqında № 6735 qanunun 13- cü maddəsi ) ilə yaradılıb. Proqram Gürcüstan vətəndaşlarına 1 il ərzində 90 gün Türkiyədə yaşama imkanı verir.

Gürcüstan vətəndaşları Türkiyəyə müvəqqəti işləməyə Türkiyəyə getmək üçün internet vasitəsilə YUMİ-NET – in elektron proqramında qeydiyyatdan keçməli, daha sonra iş yerinə müvafiq olan yerli idarəetmə qurumuna müraciət etməli və orada qeydiyyatdan keçməlidir”- səfirliyin bəyanatında bildirilir.

Eyni zamanda qeyd olunur ki, sezon işlərindən başqa digər işlərdə işləmək istəyənlər iş icazəsi almalıdırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər