Estoniyanın XİN rəhbəri: Venesiya Komissiyasının "Xarici Təsir Qanunu"nu geri götürməsi barədə sərt tövsiyəsi Gürcüstan hakimiyyətinin onu qəbul etməməsinin bariz işarəsi olmalıdır
Estoniyanın xarici işlər naziri Marqus Çaqna Venesiya Komissiyasının "Xarici təsirin şəffaflığı " haqqında qanun layihəsi ilə bağlı tövsiyəsinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, onun qiymətləndirməsinə görə, “Xarici təsirin şəffaflığı” qanun layihəsi hazırkı formada geri götürülməlidir.
“Venesiya Komissiyasının “Xarici təsir qanunu”nun geri götürülməsi ilə bağlı ciddi tövsiyəsi Gürcüstan hakimiyyətinin onu qəbul etməməsi və Gürcüstanı Avropa norma və prinsiplərinə qaytarması üçün bariz işarə olmalıdır”.
Xatırladaq ki, Venesiya Komissiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə təcili rəyini dərc edib.
Venesiya Komissiyası “Xarici Təsir Şəffaflığı” qanun layihəsinin hazırkı formada geri götürülməsini qətiyyətlə tövsiyə edir.
Komissiyanın rəyində deyilir ki, qanun layihəsi son nəticədə açıq, məlumatlı ictimai müzakirələrə, plüralizmə və demokratiyaya təsir göstərəcək.


