21 
May
2024
15:55
168

Neft Məhsulları İdxalçıları İttifaqı”nın sədri: Yanacaq qıtlığı gözlənilmir

“Neft Məhsulları İdxalçıları İttifaqının” sədri Vaxtanq İobaşvilinin sözlərinə görə, azalma tendensiyası davam edərsə, yanacağın qiyməti azalacaq.

InterPress.ge xəbər verir ki, o bu barədə keçirilən mətbuat konfransında danışıb.

İobaşvilinin sözlərinə görə, hazırda bahalaşma tendensiyası var, lakin o qədər də deyil ki, həyəcan təbili çalsın.

“Dəyişmələr olacaq, çünki illərin təcrübəsi bunu bizə göstərdi. Qiymət azalsa, pis olmaz və azalmalıdır. Bu, bütün brend şirkətlərin marağıdır. Bu tendensiya davam edərsə, yanacaq qiyməti azalacaq”, - deyə  Vaxtanq İobaşvili bildirib.

Mətbuat konfrasında çıxış edən V.İobaşvili mümkün yanacaq çatışmazlığını istisna edib.

“Heç bir mütəxəssislə razılaşa bilmərəm ki, biz hər hansı qıtlığ yaratmışıq. Sizə deyə bilərəm ki, ölkəmizdə qıtlıq təhlükəsi olmayıb, olmayacaq və gözlənilmir. Rusiyada qıtlıq var, çünki emal kompleksləri tədricən Rusiyanın ixtiyarına keçir. İndi söhbət gedir ki, bəlkə çox yaxında Rusiya embarqonu qaldırıb bizə təklif edəcək, amma mən sizə demək istəyirəm ki, əgər bizə yaxşı endirimlə yanacaq verməsə Avropadan gələn qiymətlə eyni olacaq. , onda nə mənası var?! Bizə güzəştlə verilməlidir, yoxsada istəmirik”, - deyə Vaxtanq İobaşvili deyib.

Bizimlə əlaqə saxlayın