Avropa İttifaqı Şurası Rusiyanın aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə müsadirə edilməsi barədə razılığa gəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna KİV-i Çexiyanın Avropa İttifaqındakı daimi nümayəndəliyinə əsaslanaraq yazır.
“Avropa İttifaqı Şurası Rusiya Federasiyası Mərkəzi Bankının immobilizasiya olunmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadə edilməsinə razılığını təsdiqləyib. İllik gəlirin təxminən 2,5-3 milyard avro olacağı gözlənilir. Gözlənilən gəlirin 90%-i Ukraynanın müdafiəsini dəstəkləmək üçün hərbi məqsədlər üçün istifadə olunacaq”, - Çexiyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyindən bildirilib.
Onların məlumatına görə, gözlənilən gəlirin 10%-i Ukraynanın bərpası və yenidən qurulmasına sərf olunacaq.
