Şarl Mişel İran prezidenti və Xarici İşlər Nazirinin vəfati ilə bağlı başsağlığı verir
Avropa Şurasının Prezidenti Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın vəfatı ilə bağlı səmimi kədərini bildirir.
İnterpress.ge xəbər verir ki, Aİ şurasının prezidenti Mişel bu barədə öz sosial şəbəkəsi X – də yazıb.
“Avropa İttifaqı helikopter qəzasında prezident Rəisi və xarici işlər naziri Abdullahianın, habelə onların nümayəndə heyətinin və ekipajının digər üzvlərinin itkisinə görə səmimi kədərini bildirir. Fikirlərimiz ailələrlədir.” – deyə Mişel sosial şəbəkədə yazır.
İranın dövlət televiziyası İranın Şərqi Azərbaycan vilayətində helikopterin qəzaya uğraması nəticəsində İran prezidentinin ölkənin xarici işlər naziri ilə birlikdə həlak olduğunu bildirib.


