20 
May
2024
10:54
182

Bu gündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır

Bu gün saat 09:00-dan etibarən 1-ci sinif şagirdlərinin ümumi qeydiyyatı başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin rəsmi saytında-  register.emis.ge - də aparılacaq.

Qeydiyyat  13 iyunadək davam edəcək.

"Qeydiyyat ancaq valideyn və ya qanuni nümayəndə tərəfindən həyata keçirilə bilər.
Elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi iyunun 14-dən iyunun 25-dək həyata keiriləcək. Qeyd olunan müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

Birinci sinfə qəbul üçün lazımi sənədlər aşağıdakılardır:

1.  Şagirdin qanuni nümayəndəsinin yaşayış yeri və telefon nömrəsi barədə məlumatların qeyd olunduğu ərizə.
2.    Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşayışını təsdiq edən sənədin surəti.
3.    Şagirdin doğum haqqında şəhadətnamənin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin surəti.

Qeyd olunan sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir.

Birinci siniflərdə mövcud yerlərin sayını yoxlamaq üçün bu linkə daxil ola bilərsiniz:https://skolebi.emis.ge/

Birinci sinif şagirdləri üçün ümumi qeydiyyat təlimatlarına  isə burada baxın: https://elfiles.emis.ge/…/pirvelklaselta-registraciis…

Xatırladırıq ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin qərarı ilə “Ümumi təhsil haqqında” Gürcüstan Qanununa məktəb yaşı ilə bağlı dəyişiklik edilib. O cümlədən, 2024-2025-ci tədris ilində dekabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar  1-ci sinfə qeydiyyatdan keçə biləcəklər.

"Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi övladını vaxtında və rahat şəkildə məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın şərtləri və qaydaları ilə diqqətlə tanış olmağa çağırır", - Təhsil Nazirliyinin bəyanatında deyilir. 

Bizimlə əlaqə saxlayın