19 
May
2024
13:48
245

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək

Qələbə üçün əl-ələ verək!" şüarları ilə bu gün, mayın 19-da saat 16:00-da müxtəlif universitetlərin tələbələri Avropa meydanına toplaşaraq Rus qanununa etiraz edəcəklər.

InterPress.ge.xəbər verir ki, saat 17:00-dan etibarən Vaja-Pşavela prospektində, Milli Arxiv binasının yanında yığıncaq elan olunur.

"Bazar günü saat 16:00-da müxtəlif universitetlərin tələbələri Rus qanunlarına etiraz olaraq Avropa Meydanına toplaşacaq. Biz əl-ələ verib qələbə üçün canlı zəncir yaradacağıq.
Qorxmuruq, yorulmuruq - döyüşürük.
Sizi gələcəyimizi qorumaq üçün  aksiya-performansa gözləyirik.
Birlikdə dayanmaqla qalib gələcəyik!” – aksiya təşkilatçılarından biri yazıb.

 Aksiyanın təşkilatçıları Vaja-Pşavela, Kazbeki və Pekin prospektlərini və Qaqarin meydanını iflic etməyi planlaşdırırlar.

Bizimlə əlaqə saxlayın