25 
Avq
2020
08:48
1219

Niyə smartfonlarda şəbəkə itir?

Bunun bir neçə səbəbi ola bilər – tək səbəb zəif əhatə dairəsi deyil.

InterPress.ge xəbər verir ki, ən bahalı qacetlər belə, idealdan uzaqdır, onlarla da işləyərkən istifadəçilər tez-tez müxtəlif səhvlərlə qarşılaşırlar. Məsələn, smartfonlar birdən-birə mobil şəbəkə ilə əlaqəsini itirə bilər.

Mütəxəssislər cihazın əlaqəsiz qalmasının üç əsas səbəbini göstərirlər. Bunlardan biri - SİM kartın köhnəlməsidir. Zamanla kartdakı kontaktlar zədələnir və ya oksidləşir, buna görə mütəxəssislər SİM kartı hər iki ildən bir yeniləməyi məsləhət görür.

Şəbəkə probleminin olması ərazi relyefindən və ya telefonun yerləşdiyi binanın xüsusiyyətlərilə əlaqəli ola bilər. Siqnal zirzəmilərdə, qalın divarları olan binalara yaxşı keçmir. Bundan başqa, cihazın rabitə keyfiyyətinə məsafə olaraq uzaqda olma da təsir edir - şəhərlərdən və əsas yollardan uzaq, demək olar ki, heç bir əlaqə olmur.

Şəbəkənin olmamasının başqa bir səbəbi, smartfonun və ya tabletin özünün rabitə modulu ilə bağlı problemləridir. Problem həm proqram, həm də aparat tərəfdən ola bilər, ona görə, cihaza yenilənmə etməli və ya servisdə modulu dəyişdirməlisiniz.

Şəbəkə bağlantısını tez bir zamanda bərpa etmək üçün ən asan üsul:

Əgər telefon şəbəkə əlaqəsi qura bilmirsə, o zaman təyyarə rejimini yandırıb-söndürə bilərsiniz. Bu, ümumiyyətlə şəbəkəni tez bir zamanda tutmağa imkan verir.

Bizimlə əlaqə saxlayın